ASAN HƏYAT BAHAR FESTİVALI

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və “My Broker gömrük təmsilçiliyini sponsor dəstəyi  ilə 2 – 19 mart 2019-cu ildə “ASAN Həyat” Bahar Festivalı keçirilib.

 

2 – 19 mart tarixini əhatə edəcək Festival çərçivəsində Masallı, Şəki və Quba “ASAN Həyat” komplekslərində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhlivan və kəndirbaz oyunları, milli ornomentlərin sərgisi, idmançıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunacaq, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçirilmişdir.

 

Festivalın əsas məqsədi xalqmızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi proiritetdir.

 

Təşkil olunan tədbirlərdə ölkəmizdə akreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişdir.


Bu saytda GDPR Standartlarına uyğun cookie sistemi tətbiq olunur.Daha ətraflı məlumat cookie nədir?