E-ticarət seminar və webinarları

   Türkiyənin “WORLDEF” təşkilatının Azərbaycan üzrə rəsmi ölkə təmsilçisi “My Broker” şirkəti E-commerce” layihəsi çərçivəsində  silsilə webinarlar və seminarlar təşkil etdir.

   Seminarlarda iştirakçılara “Amazon” elektron ticarət portalında hesabın açılması, yüksək satış göstəricilərinə malik məhsulların müəyyən olunma mexanizmi, beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə etibarlı məhsul təchizatçılarının tapılması, məhsulların “Amazon” anbarlarına göndərilməsi, məhsulların “Amazon” platformasında düzgün siyahılanması, reklam strategiyasının müəyyən olunması, beynəlxalq logistika və daxili çatdırılma, Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun elektron ticarətdə gömrük əməliyyatları, digər müvafiq sənədləşmə və prosedurların aparılması, gələcəkdə dünya təcrübəsindən istifadə edərək elektron ticarətdə gömrük bəyyanamələrinin tətbiqinin mümkünlüyü (ETGB), beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər zəruri məlumatlar tədris olunur.

   Semianrlar “Zoom” tətbiqi vasitəsi ilə onlayn olaraq həyata keçirilir. Mövzular əsasən xarici ekspertlər tərəfindən ingilis, türk və azərbaycan dillərində tədris olunur.

  Həftəlik təşkil olunan seminarların vaxtı və mövzuları haqqında daha ətraflı məlumat əldə etmək üçün facebook səhifəmizi izləyə bilərsiniz.

 


Bu saytda GDPR Standartlarına uyğun cookie sistemi tətbiq olunur.Daha ətraflı məlumat cookie nədir?