Tələb olunan sənədlər

 

 


Sənədin adı, təsnifatı
 
1
Broker xidmətləri göstərilməsinə dair birdəfəlik müqavilə (sifariş)
Zəruri
2
Broker xidmətləri göstərilməsinə dair etibarnamə (fiziki şəxslər notarial qaydada təsqi olunmuş)
Zəruri
3
Nəqliyyat daşınma sənədi (Avia qaimə, Tır karnet, və s...)
Zəruri
4
Malların dəyərini təsdiq edən sənəd Müvafiq gömrük idarəsi tərəfindən təsdiqlənən (sistemə daxil olunan). (Hesab faktura,(İnvoys ))
Zəruri
5
Mənşə sertifikatı. Malın mənşəyini (istehsal edən ölkə) təsdiq edən sənəd. (Mənşə sertifikatının alınması mümkün olmadığı hallarda invoysda qeyd edilməsi)
Zəruri
6
Mal alan və satan arasında razılaşma,
(Müqavilə, saziş, sifariş) (Azərbaycan dilində tərcümə.)
Zəruri
7
Malın daşınma fakturası: (invoys)
Faktura olmadığı hallarda malın daşınma məbləği malın invoysunda ayrıca qeyd edilməlidir
Zəruri
8
Malın çəkisi, barədə sənəd (Çəki listi, Paking list)
Zəruri
9
İdxal - İxrac zamanı icazəsi tələb olunan malların müvafiq dövlət orqanlarından icazə sənədləri
(İcazə, rəy, sertifikat....)
Zəruri
10
İdxal zamanı yük göndərən ölkə tərəfindən malların İxrac bəyannaməsinin surəti (İxrac GB)
Tövsiyyə

* Malın mənşəyini (istehsal edən ölkə) təsdiq edən sənəd və ya bir çox hallarda mənşənin invoysda qeyd edilməsi:

Xüsusən də fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların mənşə ölkəsi, onların etiketi (yarlığı), pasportu və mənşəyinə dair məlumatları əks etdirən digər sənədlər əsasında müəyyən olunur.(G.M.303)
** İdxal - İxrac zamanı icazəsi tələb olunan malların müvafiq dövlət orqanlarından icazə sənədləri:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı iıə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 2.5-ci və 2.6-cı bəndlərinə əsasən tələb olunan sənədlərin siyahısında İdxal - İxrac zamanı icazəsi tələb olunan malların icazə sənədləri
2.6.4. etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya);
2.6.5. gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı;
2.6.6. dövlət baytarlıq nəzarətində olan mallar gömrük ərazisinə idxal edildikdə, baytarlıq sertifikatı;
2.6.7. yeyinti məhsulları gömrük ərazisinə idxal edildikdə, gigiyena sertifikatı;
2.6.8. bitki və bitkiçilik məhsulları gömrük ərazisinə idxal edildikdə, idxal karantin icazəsi, ixrac edildikdə isə fitosanitar sertifikatı;
2.6.9. yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə, keyfiyyət sertifikatı;
2.6.10. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na 1 və 2 nömrəli əlavələrdə göstərilən mallar gömrük ərazisinə gətirildikdə və ya gömrük ərazisindən aparıldıqda, müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və ya müvafiq dövlət orqanlarının rəyləri;
2.6.11. gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına Gömrük Məcəlləsinin 215-ci maddəsi, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə məhdudiyyət qoyulmuş mallar gömrük sərhədindən keçirildikdə, müvafiq icazə sənədləri;
2.6.12. ixrac nəzarətinə düşən malların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti zamanı xüsusi icazə sənədi;


Bu saytda GDPR Standartlarına uyğun cookie sistemi tətbiq olunur.Daha ətraflı məlumat cookie nədir?