World E-commerce Eurasia 2019 Bakı Form

"WORLD E-COMMERCE EURASIA 2019" BAKU FORUM

Avrasiya və Azərbaycan elektron ticarət liderlərini bir məkanda görüşdürən beynəlxalq forum ilk dəfə Bakıda!

        Respublikamızda  elektron ticarətin, əsasəndə elektron ixracın inkişafı məqsədi ilə  26 və 27 noyabr 2019-cu il tarixlərində təşəbbüskarı olduğumuz  “World E-Commerce Eurasia - 2019” Bakı Formu uğula baş tutmuşdur.  Forumda 500-dən çox iştirakçı, 28 çıxış olmuşdur. Çıxışçılar arasında 8 xarici ölkənin bu sahə üzrə böyük şirkətlərinin rəhbər və səlayihətli şəxsləri, 30-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri, beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, yerli istehsalçı sahibkarlarımız və ekspertlər iştirak etmişdir. Forumda elektron ticarət və əsasəndə elekton ixrac mövzusunda yerli istehsalçılarımıza və bu sahənin iştirakçılarına dünyada son tətbiqlər, müasir trendlər və praktik həllər ilə bağlı məlumatlar verilmişdir.

        Forum çərçivəsində “My Broker” şirkəti ilə Türkiyənin “Worldef” təşkilatı arasında memorandum imzalanmışdır.  İmzalanmış memorandumda, ölkəmizdə e-ixracın inkişafına töhfə vermək məqsədi ilə, yerli sahibkarlarda elektron ticarətə, əsasən də elektron ixraca maraq və təşviq yaratmağı, xarici bazarlara açılmaq, marketinq, məhsulun markalaşması, marka tanıtımı, logistika və e-ticarətin inkişafına dair  beynəlxalq forumlar, seminarlar, webnarlar, təlimlər təşkil etməklə, praktik tədbiq imkanları yaratmaq üzrə də işlər görməyi  özündə ehtiva edir.      

        Çıxışlar əsasən dünyada olan  müasir təcrübənin, son trendlərin, sistemli inteqrasiyanın, qanunvericilik təcrübəsinin, ödəniş üsullarının və bu sahədə olan son tətbiqlər haqqında müzakirələr aparılmış və iştirakçılara bu sahədə məlumatlar verilmişdir.

         Forumun ikinci günü 27 noyabr 2019-cu il tarixində dəyirmi masa müzakirələrinə e-ticarət sahəsinin maraqlı tərəfləri - vergi, gömrük, maliyyə bazarları və ixrac sahəsi üzrə müvafiq dövlət qurumlarının,  bank, ödəniş platformalarının, logistika və poçt daşınma şirkətlərinin nümayəndələri, elektron ticarətçilər, mikro, kiçik və orta sahibkarlar,  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), Azərbaycan Dövlət İqtisad Universitetinin, ADA Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, “CNFA”nın təmsilçiləri və bu sahədən olan xarici mütəxəssislər iştirak etmişlər.

        Müzakirələrdə  e-ticarət sahəsinin  maraqlı  tərəfləri,   e-ticarətdə vergi siyasəti,  ödəniş sistemləri, gömrük rəsmiləşdirilməsi, yerli sahibkarların ixrac imkanları və onlara dəstək, məhsulların xarici bazarlarda tanıtımı, markalaşma məsələləri, logistik imkanlar, sistemli inteqrasiya və əməliyyatlara nəzarət kimi məsələlər  üzrə müzakirələr aparılmışdır. Müzakirələrin nəticəsi  olaraq ölkəmizdə e-ticarət və əsasəndə e–ixracat sahəsən də cari durum və görülə biləcək işlər barəsində hesabat hazırlanmışdır.

         Forumda sosiallığa da  yer ayıraraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və DOST mərkəzinin xətti ilə istedadlı fiziki qüsurlu insanlarımızın əl işlərinin sərgisi təşkil olunaraq,   əl işlərinin  elektron sərgilənməsi, daxili və xarici bazarlara   satışının həyata keçirilməsində e-ticarətin müstəsna rolunun ola biləcəyi  bir daha gündəmə gətirilmişdir. 

         Forum yerli kütləvi informasiya vasitələri ilə yanaşı bir sıra xarici mətbuat nümayəndələrinin də iştirak etməsi ilə (Rusiyanın MirTv, Türkiyənin  Sabah, Akşam, YeniŞafak, Posta,Hüriyyet, EgeHaber, Dünya, və başqa 20 dən çox qəzet və xəbər saytları) işıqlandırılmışdır.


Bu saytda GDPR Standartlarına uyğun cookie sistemi tətbiq olunur.Daha ətraflı məlumat cookie nədir?